“Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir…..

20-02-2025, 18:00 2 dəfə baxılıb

Müğənni Nura Suri yaşadığı bina ilə bağlı şikayət paylaşımı edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, o,sosial hesabında qeyd edib ki:

“Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən Yapı İnşaat-ın binaları ilə bağlı mühüm problem var.

Son vaxtlar bu binalarla bağlı ciddi problemlərlə üzləşmişik. Binaların yeni qanuna əsasən təhvil verildiyi iddia olunur, lakin heç bir rəsmi sənəd yoxdur. Hətta yeni komendant, Firdovsi adlı şəxs, binanı hələ rəsmi təhvil almadığını təsdiqləyir.

“Yapı inşaat” şirkəti Şahmar Vəliyevə məxsusdur. Kommunal xidmətlərin ödənməməsi səbəbiylə biz, ödəyən sakinlər, böyük əziyyət çəkirik. Lift 1 həftədir bağlıdır. Suyun kəsintiləri baş verir.

Komendant, liftin platasının yanıb və 900 manat olduğunu bildirir, amma bu məbləğin onda olmadığını da əlavə edir.

Ödənişləri vaxtında edənlər belə, kommunal xidmətlərdəki bu pozuntulardan əziyyət çəkir.

Hüquqşünaslara ehtiyacımız var! Əgər bu məsələlərdə köməklik göstərə bilərsinizsə və ya etibarlı bir hüquqşünas tanıyırsınızsa, xahiş edirəm mənimlə əlaqə saxlayasınız. Digər problemlərimiz də var, lakin bu an üçün bu məsələnin həllinə öncəlik veririk”.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930