Ermənistan Azərbaycan dilində danışan gəncə cinayət işi açdı

1-04-2025, 11:12 169 dəfə baxılıb

 

Ermənistan İrəvanda Azərbaycan dilində danışaraq video çəkən türkiyəli gəncə qarşı cinayət işi açıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan “Joxovurd” nəşrinin müxbirinə bildirib.

Abazyan ətraflı məlumat verməyib, o, jurnalistə İstintaq Komitəsi ilə əlaqə saxlamağı məsləhət görüb.

Qeyd edək ki, Azərbaycanda yaşayan və müəllim kimi çalışan Ogün Özdemir bir müddət əvvəl Gürcüstana, oradan isə Ermənistanın paytaxtına yollanıb.

Gənc səfər zamanı demək olar ki, hər addımını lentə alıb və İrəvanı “tarixi torpaqlarımız” adlandırıb. /bakivaxti.az/

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031