Nazir iki şöbə müdirini işdən çıxardı – Yeni təyinatlar

1-04-2025, 10:00 43 dəfə baxılıb

 

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub.

Yenisirvanli.İnfo.Az-ın Teleqraf-a istinadən əldə etdiyi xəbərə görə, müdafiə sənayesi naziri Vüqar Mustafayev əmr ilə qurumun iki şöbə müdiri vəzifəsindən azad olunub.
Bunlar nazirliyin Hüquq şöbəsinin müdiri İsmayıl İbrahim oğlu Kərimov və Maliyyə və uçot şöbəsinin müdiri Nadim Buludxan oğlu Bayramovdur. Onların yerinə yeni təyinat olmayıb.
Hazırda Hüquq şöbəsi müdirinin səlahiyyətlərini müdir müavini Züleyxa Qafarova, Maliyyə və uçot şöbəsi müdiri vəzifəsini isə həmin strukturda müavin olan Səbinə Mustafayeva icra edir.
Nazir V.Mustafayevin əmri ilə Aslanov Azad Ramiz oğlu isə Müdafiə Sənayesi Nazirliyinin Kadrlar şöbəsinin müdiri təyin olunub. Bu vəzifə xeyli müddətdir boş idi.
Qeyd edək ki, işdən çıxarılan İsmayıl Kərimov və Nadim Bayramovu 2019-cu ilin iyul ayında o zaman müdafiə sənayesi naziri olan Mədət Quliyev vəzifəyə təyin etmişdi.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930