İmamoğluya görə 2,2 milyonluq mitinq - Fotolar

30-03-2025, 18:10 760 dəfə baxılıb

 

İstanbulun Maltepe rayonunda İstanbul Böyükşəhər Bələdiyyəsinin həbs olunan sədri Əkrəm İmamoğluya dəstək mitinqi keçirilib.

Yenisirvanli.İnfo.Az “NTV Türkiyə”yə istinadən xəbər verir ki, aksiyada iştirak edənlərin sayının 2,2 milyon nəfər olduğu deyilir.

Vətəndaşlar əllərində Türkiyə bayraqları ilə mitinqə qatılıblar. Mitinq zonasının müəyyən nöqtələrində nəhəng ekranlar və səs sistemləri qurulub.

Mitinqdə qurulan kürsüyə Əkrəm İmamoğlunun anası, atası, bacısı, həyat yoldaşı və oğulları birlikdə çıxıblar.

Mitinqdə Silivri həbsxanasında olan İmamoğlunun mesajı da oxunub.

Yenisirvanli.İnfo.Az 










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031