Cəsarət Valehov indi də musiqi müəllimlərinin qəniminə çevrilib - Müəllimlər imtahan adıyla kütləvi ixtisara salınır + Şikayət (VİDEO)

29-03-2025, 11:07 457 dəfə baxılıb

 

"Fevralın 28-də Mədəniyyət Nazirliyi tabeliyində olan musiqi məktəbləri müəllimlərinin atestassiya imtahanı keçirildi.

Attestasiyadan keçməyən müəllimləri işdən uzaqlaşdırmağa başladılar. Lakin Cəsarət Valehov məktəbləri gəzərkən bildirmişdi ki, attestasiyadan keçə bilməyən müəllimlər işdən kənarlaşdırılmayacaq. (Həmin çıxış videoda)

İclasda bildirmişdi ki, bu sadəcə müəllimlərin biliklərini yoxlamaq üçün keçirilən bir attestasiyadır. Ancaq indi imtahandan keçməyən müəllimlər işdən azad edilir. Mən musiqi müəlliməsiyəm, 33 illik əmək stajım var. Pensiya yaşım da deyil, necə dolanım?"


Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu sözləri "Sitat.info"ya açıqlamasında 3 saylı musiqi məktəbinin müəllimi Qənimə Rəhimova deyib.

Q.Rəhimova bildirib ki, kurslara göndərilmədən, ikinci şans vermədən müəllimləri kütləvi şəkildə işdən uzaqlaşdırırlar: "Təxminən 700 müəllimin həmin attestasiya imtahanında iştirak edib. 50 müəllim güzəştli şərtlərə imtahandan keçib.

Bu, hələ təkcə bir şöbə üzrədir. Aprel ayında xalq çalğı alətləri üzrə attestasiya imtahanı başlayacaq. Görün nə qədər adam kəsiləcək"

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyin...MİA.AZ

Yenisirvanli.İnfo.Az  







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031