Hacı Qalib 35-ci dəfə Həccə getdi - "Nəhayət, 35 oldu"

26-03-2025, 18:31 106 dəfə baxılıb

 

Azərbaycanda Ramazan bayramının davam etdiyi bu günlərdə bir sıra vətəndaşlar Həcc ziyarətinə yollanır. Ziyarətə yollananlar içərisində tanınmış şəxlər, o cümlədən, iş adamları, sabiq millət vəkilləri də var.

 Yenisirvanli.İnfo.Az Manset.az-a istinadən məlumatına görə, Həcc ziyarətinə yollananlar sırasında sabiq millət vəkili Hacı Qalib Salahzadə də olub. O saytımıza açıqlamasında 35-ci dəfə Həcc ziyarətində olduğunu təsdiqləyib:

“Nəhayət, 35-ci dəfə Həcc ziyarətində oldum. Arzusunda olanlara qismət olsun. Müsəlmanların əsas vəzifələrindən biri Həcc ziyarətinə getməkdir. Onu da qeyd edim ki, 35 ilin içərisində ildə 2-3 dəfə getdiyim olub. Şükür Allaha hər şey yaxşıdı. Sağlamlığım yerindədir”.

Qeyd edək ki, Hacı Qalib Salahzadə uzun müddət Milli Məclisin deputatı olub, onun dəfələrlə Həcc ziyarətinə getməsi müzakirə mövzusuna çevrilib. Bununla bərabər sabiq deputat qalmaqallı torpaq, əmlak problemləri ilə də yadda qalıb.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031