Bakıya qar gəlir? - Martın son günləri belə olacaq: PROQNOZ

24-03-2025, 10:48 307 dəfə baxılıb

 

Mart ayında Bakı hava şəraiti olduqca qeyri-müəyyən keçdi. Ayın əvvəlində şaxtalı və qar yağışlı günlər müşahidə olundu. Daha sonra temperatur sürətlə yüksələrək, orta günlərdə sanki yay aylarını xatırladan günəşli və mülayim hava hökm sürdü. Ayın sonuna yaxın isə hava yenidən dəyişkən xarakter aldı – güclü küləklər, ara-sıra yağıntılar və buludlu günlər üstünlük təşkil etməyə başladı.

Bəs martın son günlərində Bakını hansı hava şəraiti gözləyir? Qar yağması mümkündürmü, yoxsa mülayim yaz havası davam edəcək?

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Yenisabah.az bu barədə araşdırıb.

Mövcud hava proqnozlarına əsasən, ayın son günlərində Bakıda əsasən dəyişkən və küləkli hava gözlənilir. 

Temperatur gündüz saatlarında 7-19°C arasında dəyişəcək. Martın 24-də yağış və çiskin ehtimalı var, lakin ümumilikdə günlər əsasən mülayim keçəcək. Sinoptiklər Bakıda qar yağma ehtimalını çox aşağı qiymətləndirirlər.

Beləliklə, martın son günlərində Bakı sakinlərini əsasən buludlu, küləkli, bəzi günlərdə isə yağışlı hava gözləyir. Bununla belə, hava şəraitində ani dəyişikliklər mümkündür. 

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031