Vidadi İsayev bütün limitləri doldurub.... - yəqin bundan sonra biznesinin başına keçər...

24-03-2025, 10:35 256 dəfə baxılıb

Zamanında yerli KİV-də yayılan informasiyalarda belə qeyd olunurdu ki, keçmiş PA rəhbəri Ramiz Mehdiyevin ən etibarlı kadrlarından olan Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev hələ illər əvvəlindən tədbirini görüb. Və bunun nəticəsidir ki, bu gün Vidadi İsayev xaricdə ən böyük biznes və mülklərə sahib olan oliqarx məmurların sırasında ilk yerlərdən birini tutur.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə "DİA-AZ"a verilən məlumata görə, hazırda V.İsayevin təkcə qardaş Türkiyə ərazisində 20-dən artıq yaşayış mənzili, habelə Dənizlidə bir tekstil istehsalı müəssisəsində ortaqlığı var.

Təbii ki, bütün bunlar hamısı deyil və Vidadi müəllim eyni zamanda Azərbaycanda da böyük sərvətə malikdir.

"DİA-AZ"a danışan mənbə iddia edir ki, bu günlərdə Bərdə rayon icra hakimiyyətinin başçısı postunda dəyişiklik gözlənilir:

"Yəni artıq oliqarx başçı üçün yolun sonu görünür. Çox güman bayramdan sonra qəti qərar veriləcək. Əslində ixtisasca tarixçi olan Vidadi İsayev özü də belə asanlıqla, yəni mühakimə olunmadan yaxasını qurtara bilməsindən məmnun qalacaq..."

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930