Ermənistan-Türkiyə sərhədi açılır – 11 günlük

20-03-2025, 16:23 101 dəfə baxılıb

 

Ermənistan Türkiyə vasitəsilə Suriyaya humanitar yardımın daşınması üçün martın 21-dən 31-dək Ermənistan-Türkiyə sərhədindəki “Marqara” sərhəd-keçid məntəqəsini açacaq.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu qərarı Ermənistan hökuməti martın 20-də keçirilən iclasda qəbul edib.

“Hökumət sərhəd-keçid məntəqələri ilə bağlı 2011-ci il mayın 12-də qəbul edilmiş qərara dəyişiklik edib. Həmin qərarda “Marqara” keçid məntəqəsinin bağlanması göstərilib. Layihə baş nazirin aparatı tərəfindən hazırlanıb. Onlar qeyd ediblər ki, yeni qərarın qəbulu malların Suriyaya daha tez və daha ucuz çatdırılmasına imkan verəcək”, – məlumatda deyilir.

Sonuncu dəfə bu sərhəd keçidi zəlzələdən sonra Türkiyəyə humanitar yardım göndərmək üçün 2023-cü il fevralın 11-dən 17-dək açılıb./Report.az/

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031