Polşa Ukrayna ilə sərhəddə qoşun, tank və “Patriot” raketləri yerləşdirir

6-10-2026, 10:05 111 dəfə baxılıb

 

“Polşa Ukrayna ilə sərhədini gücləndirməyi, bunun üçün sərhədyanı Lyublin vilayətinə yeni hərbi bölmələr, “Abrams” tankları və “Patriot” sistemləri göndərməyi planlaşdırır”.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

“Bir neçə həftə əvvəl Lyublin vilayətində “Patriot” batareyalarının yerləşdirilməsi barədə qərar qəbul etdim. Burada yerləşdirilən və regionun müdafiəsini təmin edən hərbçilərə baş çəkmək niyyətindəyəm. Lyublində ilk dəfə “Patriot” batareyaları yerləşdirilir”, - o deyib.

Nazirin sözlərinə görə, bölgədə Polşa Silahlı Qüvvələrinin bölmələrinin genişləndirilməsi barədə də qərar qəbul edilib. Yeni mexanikləşdirilmiş briqada yaradılacaq, dron briqadası, bir batalyon və “Patriot” sistemi ilə təchiz edilmiş əlavə hava hücumundan müdafiə bölməsi yerləşdiriləcək.

Lyublin hava limanına quru qoşunlarının helikopterləri də dislokasiya ediləcək.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031