İzmirdə CHP-li sabiq bələdiyyə sədri və 45 nəfər saxlanıldı
Türkiyədə müxalif şəxslərin sədrlik etdiyi bələdiyyələrə qarşı korrupsiya, rüşvət və digər ittihamlar üzrə həbslər davam edir.
Yenisirvanli.İnfo.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən Mersində keçirilən əməliyyat bu gün İzmirdə təkrarlanıb.
Məlumata görə, korrupsiya ittihamı ilə İzçirin Bayraklı Bələdiyyəsinə qarşı sübh çağı keçirilən əməliyyatla CHP üzvü olan keçmiş bələdiyyə sədri Serdar Sandal da daxil olmaqla 45 nəfər saxlanılıb: "3 nəfər isə axtarılır".
Xatırladaq ki, Serdar Sandal 2019-2024-cü illər arasında Bayraklı bələdiyyənə rəhbərlik edib.
Serdar Sandal CHP0nin hazırkı sədri Kamal Kılıçdaroğlu ilə həmyerlidir. O, 1969-cu ildə Tuncelidə anadan olub.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: