Qazaxıstan konservləşdirilmiş ət məhsullarının ixracını artırıb
Qazaxıstan 2026-cı ilin yanvar-iyul aylarında istehsalın azalmasına baxmayaraq, konservləşdirilmiş ət məhsullarının ixracını 1,6 dəfə artırmaqla 350 tona çatdırıb. Ümumilikdə bu ölkədə ixracın dəyəri 1,9 milyon dollara çatıb.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu sahədə Qazaxıstanın ən əsas alıcısı 128,7 tonluq göstərici ilə qonşu Qırğızıstandır. Eyni zamanda Tacikistana 82 ton, Türkmənistana 55,5 ton, İrana 60,4 ton, Özbəkistana 4,9 ton və Birləşmiş Ərəb Əmirliklərinə isə 2,5 ton məhsul göndərilib.
Yeni statistikada qeyd olunub ki, 2025-ci ilin eyni dövrü ərzində İrana ət tədarükü həyata keçirilməyib.
Ekspertlər həmçinin xüsusilə vurğulayıblar ki, Qazaxıstanda ət konservləri idxalı ixracı əhəmiyyətli dərəcədə üstələyib və bunun da nəticəsində yeddi ay ərzində bu ölkə 11,1 min ton ət konservi idxal edib. Bu il isə Qazaxıstanın əsas təchizatçısı 8,8 min tonla Rusiya olub.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: