İçində 180 yəhudinin olduğu təyyarə qaçırılıb? - İsraildən ilk açıqlama gəldi
Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsində təcili qaçırma kodu aktivləşdirilib.
Yenisirvanli.İnfo.Az xarici mətbuata istinadla xəbər verir ki, təyyarəni gedş yolu Səudiyyə Ərəbistanına yönləndirilib.
Məlumata görə, qaçırlma ehtimalına qarşı İsrail qırıcı təyyarələri havalandırılıb.
Xəbərdə deyilir ki, göyərtədə 180 İsrail vətəndaşı var.
İsrail Baş nazirinin sözçüsü qaçırlama iddiasını təkzib edib: "Bu, qaçırma deyil. Təyyarədəki pilotlar dalaşıblar deyə belə vəziyyət yaranıb".
Xatırladaq ki, Dubaydan Təl-Əvivdəki Ben Qurion Hava Limanına uçan Flydubai reysi əvvəlcə ümumi təcili yardım kodu (7700), sonra qaçırma kodu (7500) göndərib.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: