Pakistanın Lahor şəhərində 20 yaşlı azərbaycanlı qadın üç pakistanlı tərəfindən zorlanıb
20 yaşlı azərbaycanlı qadın Lahorda iki qadın tərəfindən şam yeməyinə dəvət edilib, daha sonra üç kişinin olduğu mənzilə aparılıb
Zərərçəkənin sözlərinə görə, küçədə ona iki qadın yaxınlaşıb və birlikdə şam yeməyi yeməyi təklif edib. Qadınların dəvətini qəbul edən azərbaycanlı Lahordakı restorana gedib. Burada onları üç kişi gözləyib.
Şam yeməyindən sonra kişilər qadınları evlərinə aparmağı təklif edib. Lakin razılaşdıqdan sonra azərbaycanlı qadın naməlum mənzilə aparılıb.
İddialara görə, mənzildə qadına narkotik maddə verilib və üç kişi gecə saatlarına qədər onu zorlayıb. Daha sonra qadını mənzildən çıxararaq yolda atıblar və onun qiymətli əşyalarını götürüblər.
Zərərçəkən hadisədən sonra polisə müraciət edib. Hüquq-mühafizə orqanları şübhəliləri qısa müddətdə saxlayıb. Azərbaycanlı qadının saxlanılan şəxsləri tanıdığı bildirilib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: