30-dan çox ölkə İrandan edam cəzalarına son qoymağı tələb edib

13-08-2026, 10:05 89 dəfə baxılıb

 

30-dan çox ölkə İranda etirazçıların edam edilməsini və ölüm hökmünün tətbiqini pisləyərək Tehranı bu praktikaya son qoymağa çağırıb.


Yenisirvanli.İnfo.Az bildirir ki, “Agence France-Presse”in məlumatına görə, Fransa, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, İrlandiya, İtaliya, Almaniya və digər ölkələrin qoşulduğu birgə bəyanatda İranın etirazçıları susdurmaq məqsədilə ölüm hökmündən istifadə etdiyi bildirilib.

Bəyanata Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas da qoşulub.

Ölkələr İran hakimiyyətini ölüm hökmünün tətbiqinə dərhal son qoymağa və özbaşına saxlanılan şəxsləri azad etməyə çağırıblar.

Bəyanatda insanların ifadə və dinc toplaşmaq azadlıqlarından qorxmadan istifadə edə bilməli olduğu vurğulanıb.

Fransa Xarici İşlər Nazirliyinin AFP-yə verdiyi məlumata görə, bəyanata əvvəlcə 26 ölkə və Kallas qoşulub. Daha sonra digər dövlətlərin də imza atması ilə iştirakçıların sayı 32-yə yüksəlib.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930