II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk

7-08-2026, 11:20 1 930 dəfə baxılıb

 Ermənilərin katolikosu II Qaregin və Ermənistan Ali Ruhani Şurasının altı üzvü bu gün məhkəmə qarşısına çıxacaqlar. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. 


Ruhanilərə qarşı cinayət işi üzrə ilkin dinləmələr yerli vaxtla saat 15:00-da Armavir vilayətinin birinci instansiya məhkəməsində keçiriləcək. 


Bildirilib ki, bu, Ermənistan və Erməni Apostol Kilsəsinin tarixində katolikosun məhkəmə qarşısına çıxacağı ilk hal olacaq. 


Xatırladaq ki, 2026-cı ilin fevralında II Qaregin barəsində Masisatsotn yeparxiyasının keçmiş rəhbəri Gevork Saroyanın dini rütbədən məhrum edilməsi ilə bağlı cinayət işi başlanıb. Bu iş çərçivəsində onun ölkədən çıxışına qadağa qoyulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031