Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var

7-08-2026, 09:41 1 915 dəfə baxılıb

 Husilər Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə həyata keçirdiyi hücum nəticəsində 11 mülki şəxsin yaralandığı bildirilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü, briqada generalı Turki əl-Maliki açıqlamasında hücumların Nəcran bölgəsindəki yaşayış məntəqələrinə qarşı həyata keçirildiyini söyləyib.


Onun sözlərinə görə, yaralanan şəxslərdən 7-si Səudiyyə Ərəbistanı vətəndaşıdır. Yaralananlar arasında 4 yaşlı uşaq və ikinci dərəcəli yanıq xəsarəti alan bir qadının da olduğu qeyd edilib.


Turki əl-Maliki husilərin mülki ərazilərə ayrı-seçkilik etməyən sursatlarla hücum etdiyini və bunun beynəlxalq humanitar hüququn pozulması olduğunu bildirib.


Səudiyyə Ərəbistanından bir rəsmi “Reuters” agentliyinə bildirib ki, ölkə ABŞ və digər regional tərəfdaşlardan kəşfiyyat məlumatları əldə edib.


Məlumata görə, Yəmən husiləri İraq milisləri ilə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyi altında Səudiyyə Ərəbistanına qarşı daha genişmiqyaslı hücumlara hazırlaşa bilər.


Rəsmi şəxs deyib ki, mümkün hücumların hədəfində enerji obyektləri, limanlar və hava limanları da daxil olmaqla, mülki və iqtisadi infrastruktur ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930