ABŞ bu ölkədəki səfirliyini bağlayır

4-08-2026, 11:41 1 941 dəfə baxılıb

 ABŞ Dövlət Departamenti beş ölkədəki xarici diplomatik nümayəndəliyi bağlamağı planlaşdırır.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.


“ABŞ Dövlət Departamenti Konqresə beş xarici nümayəndəliyin bağlanması planları barədə məlumat verib ki, bu da Amerikanın qlobal diplomatik mövcudluğunun ixtisarının nadir halıdır”, - məlumatda deyilir.


Bildirilir ki, söhbət Qrenadadakı səfirlikdən, Yaponiyanın Naqoya, İndoneziyanın Medan və Kanadanın Vinnipeq şəhərlərindəki konsulluqlardan, həmçinin Kamerunun Duala şəhərindəki səfirlik şöbəsindən gedir. Məlumata görə, xarici diplomatik şəbəkənin bu cür ixtisarı hər hansı konkret geosiyasi hadisə ilə bağlı deyil.


Dövlət Departamenti nümayəndəliklərin bağlanması planlarını birbaşa təsdiqləməsə də, ABŞ-nin xaricdə “səmərəli və rasional” diplomatik mövcudluğunu təmin etməyə çalışdığını açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031