Lukaşenkonun sualına 2 il sonra cavab verdi

30-07-2026, 16:18 1 890 dəfə baxılıb

 Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2 il əvvəl səsləndirdiyi “Ermənilər bizdən başqa kimə lazımdır?” sualına cavab tapdığını bildirib. 


“Yenisirvanli.info.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, o bu barədə brifinqdə danışıb. 


“Ermənistan nə etmişdi ki, Belarus Prezidenti Aleksandr Lukaşenko “Ermənilər bizdən başqa kimə lazımdır?” bəyanatını səsləndirdi? Ermənistan kimə pislik etmişdi? Belarusa pislik etmişdi? Suveren ölkə haqqında necə belə danışmaq olar? İndi biz göstəririk ki, Ermənistan kimə lazımdır! Hörmətli Belarus Prezidenti axtardı-axtardı, amma bu suala cavab tapa bilmədi. İndi biz bu suala cavab veririk: Ermənistan Çinə, ABŞ-yə, Avropa İttifaqına, İrana lazımdır. Bütün bu tərəfdaşlar Ermənistana da lazımdır”, - Paşinyan söyləyib. 


Xatırladaq ki, Aleksandr Lukaşenko 2024-cü il avqustun 20-də “Rossiya” telekanalına müsahibəsində Ermənistanın həyata keçirdiyi siyasətdən bəhs edərkən bu ölkənin heç kimə lazım olmadığını bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031