Daha 2 neft tankeri dronla vuruldu

30-07-2026, 14:27 1 870 dəfə baxılıb

 Rusiyanın Novorossiysk limanının yükləmə məntəqəsində Marşall adaları bayrağı altında üzən “NIFFOS SIFNOS” tankeri dron hücumuna məruz qalıb. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Xəzər Boru Kəməri Konsorsiumunun Mətbuat xidməti məlumat yayıb. 


Bildirilib ki, hücum nəticəsində obyektdə neft yüklənməsi dayandırılıb. Dron zərbəsindən sonra gəmidə meydana gələn yanğın söndürülüb. Xəsarət alan yoxdur. Gəmi üzmə qabiliyyətini saxlayıb, hazırda dəymiş zərərin qiymətləndirilməsi aparılır.


Bundan başqa, limandan altı dəniz mili məsafədə Men adası bayrağı altında üzən “MARATHI” tankeri də hücuma məruz qalıb.


Xəzər Boru Kəməri Konsorsiumundan bildirilib ki, beynəlxalq infrastruktura edilən hücumlar Qazaxıstanın və şirkətin Qərb səhmdarlarının iqtisadi maraqlarına əhəmiyyətli ziyan vurur.


Xatırladaq ki, iyulun 20-də Ukrayna Silahlı Qüvvələri Xəzər Boru Kəməri Konsorsiumunun Rusiyanın Novorossiysk limanı yaxınlığındakı terminalında “Nelsa” tankerinə dronla hücum etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930