Tehran yenə təkzib etdi: "İran ABŞ ilə danışıqların bərpası üçün müraciət etməyib"

Bu gün, 16:19 1 796 dəfə baxılıb

 "İran Vaşinqtonla yenidən danışıqlara başlamaq üçün müraciət etməyib".


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai deyib.


Onun sözlərinə görə, hazırda heç bir birbaşa məsləhətləşmə aparılmasa da, vasitəçilərin köməyi ilə mesajların ötürülməsi ehtimalı qalmaqdadır.


"Bölgədə baş verən son hadisələrlə əlaqədar ABŞ tərəfinin mesajları vasitəçilər tərəfindən bizə çatdırıla bilər, ancaq indiki məqamda Amerika Birləşmiş Ştatları ilə hər hansı danışıqlar prosesi mövcud deyil", - XİN rəsmisi brifinq zamanı vurğulayıb.


İsmayıl Bəqai bildirib ki, son gərginlik dövründən etibarən İran tərəfindən dialoq üçün heç bir tələb irəli sürülməyib. Onun sözlərinə görə, Tehranın danışıqlar istəməsi barədə məlumatlar müxalif qüvvələrin ara-sıra dövriyyəyə buraxdığı xəbərlərdən ibarətdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031