Netanyahu Vaşinqtonun təzyiqinə müqavimət göstərəcəyini açıqlayıb

Bu gün, 10:16 1 852 dəfə baxılıb

 “ABŞ İsraildən ordusunu Qəzza, Suriya və Livan cəbhələrindən geri çəkməsini tələb edir”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə İsrailin “13-cü kanal”ı mənbələrə istinadən məlumat yayıb.


Bildirilir ki, bununla bağlı İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetini məlumatlandırıb. 


Məlumata görə, Vaşinqton İsrail Müdafiə Qüvvələrinin mərhələli şəkildə üç cəbhədən geri çəkilməsində maraqlıdır, lakin söhbətin qoşunların tam, yoxsa qismən çıxarılmasından getdiyi açıqlanmır.


Bununla belə, Netanyahu Vaşinqtonun bu təzyiqinə müqavimət göstərmək niyyətində olduğunu deyib. 


“Mən onlara yox deyəcəyəm”, - Baş nazir ABŞ-yə planlaşdırılan səfərindən əvvəl söyləyib.


Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvəti ilə 27 iyulda Vaşinqtona səfər edəcək. Netanyahunun 28 iyulda Ağ Evdə Trampla görüşü nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031