Tramp yenidən prezidentliyə namizəd olacağını açıqladı - Video
“Növbəti prezident seçkilərində yenidən namizədliyimi irəli sürəcəyəm”.
“Yenisirvanli.info.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının (WHCA) Vaşinqtondakı “Waldorf Astoria” hotelində təşkil etdiyi şam yeməyində deyib.
Aprel ayında baş vermiş silahlı insident səbəbindən yarımçıq qalan tədbirin yenidən keçirilən proqramına qatılan Tramp çıxışının sonunda Prezident əvvəlcə bunu zarafat kimi təqdim edib, daha sonra dördüncü dəfə prezidentliyə namizəd olmaq niyyətində olduğunu bildirib.
“Mən dördüncü dəfə ABŞ prezidenti vəzifəsinə namizəd olacağam. Rəsmi addımı atacağam. Əslində, bunu artıq etmişəm. Üç dəfə qalib gəlmişəm, indi yenə qalib gələcəyəm”, – Tramp söyləyib.
“Mətbuata nə qədər dəyər verdiyimi göstərmək və reytinqlərinizi qorumaq üçün sizə eksklüziv xəbər vermək istəyirəm”, – deyən Tramp namizədlik qərarını jurnalistlər üçün xüsusi açıqlama kimi təqdim edib.
Çıxışı zamanı Tramp seçki kampaniyalarında istifadə etdiyi qırmızı papağı taxaraq üzərində “TRUMP 2028” yazısını nümayiş etdirib. Onun bu açıqlamasından sonra zalda qısa müddətlik sükut yaranıb.
Qeyd edək ki, Tramp daha əvvəl bu məsələ ilə bağlı fərqli mövqe sərgiləmişdi. O, 5 may 2025-ci ildə verdiyi açıqlamada səkkiz ildən sonra prezident postunu təhvil verəcəyini bildirmişdi.
Bundan əvvəl isə üçüncü müddətə namizəd olmasına icazə veriləcəyi təqdirdə keçmiş Prezident Barak Obama ilə rəqabət aparmaq istədiyini demişdi.
ABŞ Konstitusiyasına edilmiş 22-ci düzəlişə əsasən, heç bir şəxs iki dəfədən artıq prezident seçilə bilməz.
Bu qaydanın dəyişdirilməsi üçün isə həm Nümayəndələr Palatasının, həm Senatın üçdə iki səs çoxluğu və ya ştat qanunverici orqanlarının üçdə ikisinin dəstəyi tələb olunur.
Əlavə edək ki, WHCA-nın 25 aprel tarixində Vaşinqtondakı “Hilton” hotelində keçirdiyi ənənəvi şam yeməyi təhlükəsizlik məntəqəsi yaxınlığında baş verən silahlı insident səbəbindən yarımçıq dayandırılmışdı. Məxfi Xidmət əməkdaşları Trampı təcili şəkildə zaldan çıxarmışdılar.
Hadisədən sonra 31 yaşlı Koul Tomas Allen saxlanılıb. O, prezidentə sui-qəsd cəhdi də daxil olmaqla, dörd federal ittiham üzrə məsuliyyətə cəlb olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: