“Bu, münasibətlərimizi daha da dərinləşdirdi”

Bu gün, 14:37 1 839 dəfə baxılıb

Strateji Gündəlik haqqında Birgə Bəyannamə Almaniya və Azərbaycan arasında qurulmuş möhkəm münasibətləri daha da dərinləşdirdi.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner “X” sosial şəbəkəsindəki hesabında Birgə Bəyannaməni paylaşaraq bildirib. 


“Bu gün biz Almaniya və Azərbaycan arasındakı möhkəm münasibətləri Strateji Gündəlik haqqında Birgə Bəyannamə ilə daha da dərinləşdirdik. Biz müxtəlif sektorlarda əməkdaşlığımızın intensivləşdirilməsi üzərində işləyəcəyik, həmçinin Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərdə tarixi məqamı alqışlayırıq”, - paylaşımda deyilir.


Xatırladaq ki, iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Berlinə səfəri çərçivəsində Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə imzalanıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031