SEPAH ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdiyini bəyan etdi

12-07-2026, 16:13 1 795 dəfə baxılıb

 İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən Şahzadə Həsən adına aviabazanı raket zərbələri ilə vurduğunu bəyan edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə İranın IRIB teleradioşirkəti məlumat yayıb.


Bildirilib ki, İran hərbçiləri əməliyyat zamanı ballistik raketlərdən istifadə ediblər. SEPAH-ın iddiasına əsasən, zərbələr nəticəsində hərbi bazadakı komanda mərkəzi və ABŞ-yə məxsus “MQ-9” pilotsuz uçuş aparatlarının (PUA) saxlandığı anqarlar məhv edilib.


İordaniya tərəfi hələlik İranın bu iddiaları ilə bağlı hər hansı rəsmi şərh verməyib.


Qeyd edək ki, bu gün səhər saatlarında İran hərbi rəhbərliyi Yaxın Şərq regionunda ABŞ-nin mövqelərinə cavab zərbələri endirdiyini elan etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031