ABŞ-dən İrana - Ultimatum

11-07-2026, 12:45 1 792 dəfə baxılıb

 ABŞ İrandan Hörmüz boğazını elə bu gündən açıq elan etməsini tələb edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid amerikalı rəsmilərə istinadən “X” hesabında yazıb. 


“Tramp administrasiyası İrandan şənbə günü Hörmüz boğazının açıq olduğunu etiraf edən və kommersiya gəmilərinin atəşə tutulmasına son qoymağı öhdəsinə götürən açıq bəyanatla çıxış etməsini tələb edir”, - paylaşımda deyilir. 


Başqa bir mənbə isə Vaşinqtonun Tehranı tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, ağır fəsadlarla hədələdiyini bildirib.


“Ya onlar belə bir bəyanat verəcəklər, ya da onlar üçün hər şey pis qurtaracaq”, - mənbə deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031