Şimali Koreya nüvə potensialını artırır

10-07-2026, 15:27 1 779 dəfə baxılıb

 Şimali Koreya (KXDR) özünün nüvə potensialını daha da artırmaq istiqamətində qəti qərar qəbul edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) Koreya Əmək Partiyası Mərkəzi Hərbi Komitəsinin ölkə lideri Kim Çen Inın rəhbərliyi ilə keçirilən iclasının yekunlarına əsasən məlumat yayıb.


Görüş çərçivəsində həmçinin döyüş sistemlərinin texniki infrastrukturunun müasirləşdirilməsi müzakirə olunub.


Bir müddət əvvəl isə KXDR xarici işlər nazirinin müavini Kim Son Gen BMT Baş Assambleyasındakı nitqində rəsmi Pxenyanın nüvə silahından heç bir halda imtina etməyəcəyini vurğulamışdı. Diplomatın sözlərinə əsasən, Koreya yarımadasındakı sabitliyin əsas qarantı məhz nüvə arsenalıdır və bu amil düşmən qüvvələrin regionda toqquşma yaratmaq planlarını puça çıxarır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031