Makronun qaldığı hotelin yaxınlığında partlayışlar - Video

7-07-2026, 14:47 1 769 dəfə baxılıb

 Fransa Prezidenti Emmanuel Makronun Suriyaya səfəri zamanı qaldığı hotelin yaxınlığında partlayışlar baş verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.


“Suriyanın paytaxtı Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayış səsləri eşidilib. Bundan sonra yollar bağlanıb və təhlükəsizlik tədbirləri görülüb”, - təhlükəsizlik xidmətindəki mənbə agentliyə bildirib.


Hadisənin avtomobilin partladılması nəticəsində baş verdiyi bildirilir.


Məlumata görə, hadisə Fransa Prezidenti ərazini tərk etdikdən sonra baş verib. Onun Suriya lideri Əhməd əş-Şara ilə görüşə gedərkən partlayış səslərini eşitmədiyi bildirilir.


***


Dəməşqdə baş verən partlayışlar nəticəsində azı 18 nəfər xəsarət alıb, onların dördü polis əməkdaşıdır.


Məlumata görə, partlayıcı qurğular hələ işə düşməmişdən əvvəl aşkar edilib, lakin minaaxtaranlar onları zərərsizləşdirməyə imkan tapmayıblar. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031