Silahlılar Mərkəzi Afrikada sərhəd şəhərini ələ keçirdi - 28 ölü

3-07-2026, 08:23 1 729 dəfə baxılıb

 

Silahlı qruplar Mərkəzi Afrikanın Sudanla sərhəddə yerləşən Am Dafok şəhərini ələ keçirib.


“Yenisirvanli.info.az” “Arab News”a istinadən xəbər verir ki, hücum nəticəsində azı 28 nəfər ölüb, onlarla yaralı var.


Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, silahlılar şəhərə qəfil hücum edərək hökumət qüvvələrini geri çəkilməyə məcbur ediblər. Hücum zamanı yaşayış məntəqəsində güclü atışmalar baş verib və çoxsaylı bina zərər görüb.


Ölənlər arasında mülki şəxslərin də olduğu bildirilir.


Hadisədən sonra çox sayda sakin təhlükəsizlik məqsədilə ərazini tərk edərək qonşu yaşayış məntəqələrinə və Sudan sərhədi istiqamətinə üz tutub. Rəsmilər bölgədə vəziyyətin gərgin olaraq qaldığını və əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031