İrəvanda iqtidarla müxalifətin davası düşdü - Video

23-06-2026, 16:21 1 710 dəfə baxılıb


İrəvan Ağsaqqallar Şurasının bu gün keçirilən iclası zamanı dava düşüb.


“Yenisirvanli.info.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, iclas zamanı müxalif “Ana Ermənistan” blokunun fraksiyasının üzvləri hakim “Vətəndaş müqaviləsi” partiyasını seçkiqabağı pozuntularda ittiham ediblər.


Buna cavabında İrəvanın vitse-meri Armen Pambuxçyan blokun lideri Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib və onun məhz bu səbəbdən həbs olunduğunu deyib. Nəticədə, tərəflər arasında yaranan mübahisə sonradan davaya çevrilib.


İclas zalında başlayan mübahisə və dava dəhlizdə də davam edib. İrəvanın meri Tiqran Avinyan mübahisə iştirakçılarını ayırmağa çalışsa da, tərəflər buna məhəl qoymadan bir-birini təhqir etməkdə davam ediblər.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031