Danışıqların yekununda dörd işçi qrupu yaratdılar

23-06-2026, 09:18 1 705 dəfə baxılıb

 

İran və ABŞ İsveçrədəki danışıqların yekunlarına əsasən 4 işçi qrupunun yaradılması barədə razılığa gəliblər. 


“Yenisirvanli.info.az” “Press TV”yə istinadən xəbər verir ki, bu barədə məlumatı İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi açıqlayıb. 


Onun sözlərinə görə, sanksiyaların ləğvi, nüvə mövzusu, yenidənqurma və iqtisadi inkişaf, həmçinin razılaşmaların monitorinqi və icrası üzrə dörd ixtisaslaşdırılmış işçi qrupu təsis edilib.


Tehran və Vaşinqton həmçinin gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək üçün anlaşma memorandumunun iştirakçısı olan ölkələr üçün əlaqələndirici mərkəz yaratmaq barədə razılıq əldə ediblər. Bundan əlavə, Livanda gərginliyin azaldılması üzrə də ayrıca qrup yaradılıb.


Qəribabadi bildirib ki, tərəflər yüksəksəviyyəli danışıqların növbəti mərhələsinə hazırlığı başa çatdırıblar. Danışıqlarda İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf, İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ vitse-prezidenti Ceyms Devid Vens, həmçinin Pakistanın Baş naziri Şahbaz Şərif və onun qətərli həmkarı şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani iştirak edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031