“Qətərdə bloklanmış 6 milyard dollar İrana qaytarılacaq”

21-06-2026, 14:32 1 678 dəfə baxılıb

 

“Qətərdə bloklanmış 6 milyard dollar İrana qaytarılacaq”.


“Yenisirvanli.info.az” xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Tehranda keçirilən 33-cü Pul və Bankçılıq Siyasəti Simpoziumunda çıxışı zamanı bildirib.


Pezeşkian qeyd edilib ki, Vaşinqtonla əldə olunan razılaşmanın şərtləri İranın maraqlarına uyğundur.


“Bu gün danışıqlar prosesinin başlaması ilə Qətərdə bloklanmış 6 milyard dollarımız geri qaytarılacaq”, – deyə İran Prezidenti vurğulayıb.


O qeyd edib ki, ABŞ-nin əsas tələbi İranın nüvə silahına sahib olmamasıdır.


Pezeşkian bildirib ki, bu məsələ ölkə rəhbərliyi tərəfindən dəfələrlə açıqlanıb və İran nüvə bombası əldə etməyi hədəfləmir.


Qeyd edək ki, ABŞ-nin tətbiq etdiyi sanksiyalar səbəbindən İranın neft satışından əldə etdiyi vəsaitlərin bir hissəsi xarici banklarda, o cümlədən, Qətərdə bloklanıb. Tehran administrasiyası danışıqlarda sanksiyaların yumşaldılması və həmin vəsaitlərin azad edilməsini əsas tələblərdən biri kimi irəli sürür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031