İrandan razılaşmalara dair - Xəbərdarlıq

20-06-2026, 08:22 1 685 dəfə baxılıb

 

İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rzayi müharibənin başa çatdırılması ilə bağlı mümkün razılaşmalara dair sərt xəbərdarlıq edib.


“Yenisirvanli.info.az”ın məlumatına görə, Rzayi dövlət televiziyasına açıqlamasında bildirib ki, müharibəni bitirəcək heç bir razılaşmada Hörmüz boğazı üzərində İranın təsir imkanları və ölkənin regiondakı mövqeyi zəiflədilməməlidir.


Onun sözlərinə görə, müharibə elə başa çatmalıdır ki, İranın çəkindirici hərbi gücü qarşıdakı 50 il ərzində də qorunsun.


Rzayi bunun İranın regional təsirini və Hörmüz boğazı üzərindəki nəzarətini məhdudlaşdıracaq istənilən razılaşmaya qarşı yüksəkrütbəli hərbi dairələrin mövqeyini əks etdirdiyini vurğulayıb.


Möhsün Rzayi həmçinin ABŞ-ni müharibədə “məğlub cinayətkar” adlandıraraq, istənilən səhv addımın daha sərt cavabla qarşılanacağını bildirib.


“Silahlı qüvvələrimiz düşmənin hər hansı səhvinə qat-qat sərt cavab verir”, – deyə o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031