Rusiya-NATO toqquşması qarşılıqlı nüvə zərbələrinə çevrilə bilər

19-06-2026, 11:46 1 687 dəfə baxılıb

 

Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə zərbələrinə çevrilə bilər. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ukrayna, Avropa və qlobal təhlükəsizlik” sərlövhəli məqaləsində yazıb. 


S.Lavrov bu vəziyyətin qlobal təhlükəsizlik üçün fəlakətli fəsadlara səbəb ola biləcəyini vurğulayıb.


“Avropada nüvə sahəsi də daxil olmaqla, güc potensialının ciddi möhkəmlənməsi baş verir”, - XİN rəhbəri bildirib. 


O, Fransanın bir neçə Avropa İttifaqı və NATO ölkəsinə “nüvə çətiri” təqdim etmək planlarına diqqət çəkib: “Bu, nə Fransanın özünün, nə də ondan “yardım” alanların təhlükəsizliyinin gücləndirilməsinə gətirib çıxaracaq”.


XİN rəhbərinin sözlərinə görə, Avropa ölkələri 2030-cu ilə qədər Rusiya ilə münaqişəyə hazırlaşmaq niyyətindədirlər. 


“Vahid Avropa genişlənmə xülyaları görməyə davam edir, Ukraynanı və Moldovanı mənimsəmək niyyətindədir, Ermənistanı öz orbitinə çəkir. NATO Finlandiyanı və İsveçi udaraq Şərqə doğru genişlənib”, - nazir qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031