ABŞ-İran memorandumunun surətini paylaşdı - Fotolar

18-06-2026, 16:40 1 689 dəfə baxılıb


İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.


“Bu, tarixi bir sənəd və qüdrətli İrandan bir mesajdır: Sülh qarşılıqlı hörmət əsasında gerçəkləşəcək”, - İran Prezidentinin paylaşımında deyilir.


Pezeşkian ölkəsinin hər zaman qlobal sülh ideyasına sadiq olduğunu, eyni zamanda öz ləyaqətini və müstəqilliyini qoruyaraq, tərəqqiyə və regional əməkdaşlığa can atdığını əlavə edib.


O həmçinin özünün, ABŞ Prezidenti Donald Trampın və vasitəçi qismində Pakistanın Baş naziri Şahbaz Şərifin imzaladığı sənədin surətini paylaşıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031