“Onları Ermənistanda inqilaba çağırıram” - Nikol Paşinyan

17-06-2026, 18:20 1 679 dəfə baxılıb

 

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumətlə sual-cavab saatı zamanı müxalifət liderlərinə qarşı olduqca sərt və kəskin bəyanatlar səsləndirib.


“Yenisirvanli.info.az” “Armenia Today”ə istinadla xəbər verir ki, Baş nazir ölkənin keçmiş prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryan, “Güclü Ermənistan” blokunun rəhbəri Samvel Karapetyan və “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Tsarukyanı hədəf alıb.


Müxalifət liderlərini hədəfə alan hökumət başçısı “onlar öz yuvalarında məhv edilməlidirlər” deyərək geri addım atmayacağını vurğulayıb:


“Sevgili vətəndaşlar, biz hədəfli şəkildə bu yolla gedəcəyik”.


Paşinyan həmçinin parlament seçkilərinin nəticələrinin saxtalaşdırılması ilə bağlı ittihamlara da kəskin cavab verib. Seçkilərdə saxtakarlıq olduğunu iddia edənlərin “qələt etdiyini” bildirən Baş nazir, səsinin oğurlandığını düşünən hər kəsi meydana çağırıb:


“Səsinin saxtalaşdırıldığını iddia edən, bu siyasi xətt ilə razılaşmayan vətəndaşları meydanlara çıxmağa, Ermənistanda inqilab edərək hökuməti dəyişməyə çağırıram”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031