Türkiyə parlamentinin iş müddəti uzadıldı

17-06-2026, 09:17 1 655 dəfə baxılıb

 

“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması ilə bağlı qərar dərc olunub.


“Yenisirvanli.info.az” xəbər verir ki, qərara əsasən, iyulun 1-dən etibarən tətilə çıxmalı olan parlament fəaliyyətini davam etdirəcək.


Məlumata görə, qərar Konstitusiyanın 93-cü maddəsi və TBMM-in Daxili Nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq, Baş Məclisin iyunun 16-da keçirilən 102-ci iclasında qəbul edilib.


Beləliklə, normal qaydada 1 iyul 2026-cı il tarixində yay tətilinə çıxmalı olan Türkiyə Böyük Millət Məclisi fəaliyyətini dayandırmayacaq və qanunvericilik işlərini davam etdirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031