“Gəmilər Hörmüzdən keçməyə başladı” - Tramp

15-06-2026, 18:42 1 658 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp Fars körfəzi zonasındakı hərbi əməliyyatlara görə bloklanan neft tankerlərinin Hörmüz boğazından keçməyə başladığını elan edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, ABŞ lideri bu barədə özünə məxsus “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.


Trampın sözlərinə görə, həmin gəmilərin böyük hissəsi neft daşıyır:


“Onlar tamamilə təhlükəsiz olan cənub yolu ilə hərəkət edirlər. Digər hərəkət zonaları da mövcuddur”.


Qeyd edək ki, iyunun 14-də “Reuters” agentliyi yüksəkrütbəli bir İran rəsmisinə istinadən ABŞ ilə imzalanacaq anlaşma memorandumunun yekun layihəsinin detallarını açıqlamışdı.


Həmin sənədə əsasən, Hörmüz boğazının yenidən fəaliyyətə başlaması, ABŞ-nin neft sanksiyalarının ləğv edilməsi və 60 gün ərzində yekun sülh sazişinin hazırlanması nəzərdə tutulur.


Məlumata görə, razılaşmada İranın Hörmüz boğazını dərhal bütün kommersiya gəmiləri üçün açacağı, ABŞ-ın isə İran limanlarının hərbi-dəniz blokadasını qaldıracağı qeyd olunub. Birləşmiş Ştatlar memorandum imzalandıqdan dərhal sonra blokadanı mərhələli şəkildə götürməyə başlayacaq və bu proses 30 gün ərzində yekunlaşacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031