NATO Rusiya sərhədi yaxınlığında hərbi təlimlərə başladı

13-06-2026, 14:47 1 632 dəfə baxılıb

 

Litva, Polşa və Fransa Rusiyanın Kalininqrad vilayəti və Belarus sərhədində “Gallant Boar” (“Cəsur qaban”) adlı irimiqyaslı birgə hərbi təlimlərə başlayır.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.


Məlumata görə, iyunun 16-dan 26-dək keçiriləcək manevrlərin əsas poliqonu kimi Litvanın strateji əhəmiyyətli Suvalki dəhlizi seçilib. Polşa və Litvanın kəsişməsində yerləşən, Kalininqrad vilayəti ilə Belarus arasında qalan sözügedən ərazidə müttəfiq ölkələr regionun sürətli və effektiv müdafiəsi vərdişlərini, həmçinin qoşunların qarşılıqlı sinxronizasiyasını sınaqdan keçirəcəklər.


Paralel olaraq, NATO Rusiya sərhədləri yaxınlığında 19 dövlətin iştirakı ilə irimiqyaslı “Ramstein Flag 2026” (RAFL26) hava əməliyyatını reallaşdırır. İyunun 8-də start götürən və 12 gün davam edəcək təlimlər Danimarka, Finlandiya, Norveç, İsveç və İspaniya ərazilərini əhatə edir.


Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniyanın “Challenger 2” döyüş tanklarını Rusiya ilə sərhəddə – Estoniyanın Vıru ərazisində yerləşdirdiyi, may ayında isə ABŞ və Böyük Britaniyanın Belarus sərhədində hərbi manevrlər etdiyi bildirilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031