“Zərbələrin intensivliyini artıracağıq” - Vladimir Putin

12-06-2026, 18:20 1 622 dəfə baxılıb

 

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukraynanın infrastruktur obyektlərinə qarşı zərbələri daha da artırmaq niyyətində olduğunu bəyan edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Rusiya lideri bu barədə Kremldə “xüsusi hərbi əməliyyat” iştirakçıları ilə keçirdiyi görüşdə danışıb.


Rusiya lideri Ukrayna Silahlı Qüvvələrinin son vaxtlar Rusiya ərazilərinə etdiyi hücumların ölkə iqtisadiyyatına müəyyən ziyan vurduğunu etiraf etsə də, bərpa işlərinin sürətlə həyata keçirildiyini vurğulayıb.


O, Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemlərini davamlı olaraq gücləndirdiyini və bu istiqamətdə işlərin qətiyyətlə davam etdiriləcəyini bildirib:


“Biz Ukraynanın infrastrukturuna endirilən zərbələrin intensivliyini artıracağıq. Bununla yanaşı, daxildə təhlükəsizliyi təmin etmək üçün HHM sistemlərimizin imkanlarını daha da genişləndiririk”.


Putin həmçinin Rusiyanın hərbi sahədə yeni bir texnoloji addım atdığını da diqqətə çatdırıb:


“Ölkədə dünyada analoqu olmayan perspektivli ağır pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyətini təmin etmək üçün unikal peyk qruplaşmasının yaradılmasına başlanılıb. Bu orbital infrastruktur yerüstü şəbəkənin tamamilə olmadığı ən ucqar nöqtələrdə belə dronları böyük məsafələrdən kəsintisiz rabitə və naviqasiya ilə idarə etməyə imkan verəcək”.


Xatırladaq ki, bundan əvvəl Rusiya ordusunun son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin infrastrukturuna yönəlik 7 irimiqyaslı zərbə endirdiyi barədə məlumat yayılmışdı.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031