Baş nazir kimi 62 illik rekordu yenilədi

10-06-2026, 13:37 1 601 dəfə baxılıb

 

Hindistanın Baş naziri Narendra Modi ölkədə hökumətin başçısı vəzifəsində fasiləsiz qalma müddətinə görə yeni rekord müəyyən edib.


“Yenisirvanli.info.az” “Hindustan Times” nəşrinə istinadən xəbər verir ki, bu gün Modinin ilk dəfə Baş nazir kimi and içdiyi 26 may 2014-cü il tarixindən 4399 gün (12 il 16 gün) ötür.


Bununla da, Modi hökumət başçısı vəzifəsində fasiləsiz qalma müddətinə görə müstəqil Hindistanın ilk Baş naziri olmuş Cəvahirləl Nehrunun 60 ildən çox davam edən rekordunu üstələyib. Nehru bu vəzifədə fasiləsiz olaraq 4398 gün - Hindistanda ilk ümumxalq seçkilərindən sonra and içdiyi 13 may 1952-ci ildən vəfat etdiyi 27 may 1964-cü il tarixinədək qalıb. 


Bundan əvvəl isə Modi, fəaliyyətdə olan hökumət başçısı olaraq parlamentə ardıcıl üç dəfə seçkidə qalib gələn ikinci hökumət başçısı olmuşdu. Ondan əvvəl bu nailiyyət də təkcə Cəvahirləl Nehruya məxsus idi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031