“Azı bir həftə bir-birilərinə zərbələr endirməyəcəklər”
“İsrail və İran azı bir həftə bir-birilərinə zərbələr endirməyəcəklər”.
“Yenisirvanli.info.az” “Guardian”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
“Bizim (İsrailin Baş naziri Benyamin Netanyahu ilə - red.) çox yaxşı söhbətimiz oldu. Ona zərbə endirdilər, o da cavab verdi. Onu buna görə günahlandıra bilmərəm. Amma indi onlar bunu dayandırdılar. Beləliklə, onlar bir həftə və ya təxminən o qədər müddət bir-birini rahat buraxacaqlar”, - dövlət başçısı deyib.
Xatırladaq ki, iyunun 8-də İran və İsrail bir-birinə qarşılıqlı zərbələr endiriblər. Hücumlar dayandırıldıqdan sonra İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İrana qarşı genişmiqyaslı cavab zərbələrini hələlik təxirə saldığını elan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: