ABŞ vizası almaq istəyənlərin nəzərinə - 750 dollara...

Dünən, 08:12 1 565 dəfə baxılıb

 

ABŞ Dövlət Departamentinin müəyyən səfirlik və konsulluqlarda işgüzar və turist vizası müraciətləri üçün yeni pilot proqram üzərində çalışdığı bildirilir.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Associated Press” (AP) əldə etdiyi sənədlərə və ABŞ rəsmisinin açıqlamasına istinadən məlumat yayıb.


Bildirilir ki, yeni sistem çərçivəsində müraciət edənlər əlavə 750 dollar ödəməklə daha sürətli görüş tarixi əldə edə biləcəklər.


Proqramdan istifadə edən şəxslər 10 gün ərzində sürətləndirilmiş viza görüşünə yazıla biləcəklər.


Məlumata əsasən, bu təşəbbüs bu həftə rəsmi şəkildə elan edilə bilər və pilot layihənin 1 iyul – 31 dekabr tarixləri arasında seçilmiş ABŞ səfirlikləri və konsulluqlarında tətbiqi nəzərdə tutulur.


Qeyd olunur ki, 750 dollarlıq ödəniş yalnız əlavə xidmət xarakteri daşıyır və viza təsdiqinə zəmanət vermir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930