İranın qərbindəki aeroportlarda uçuşlar dayandırıldı

8-06-2026, 14:51 1 593 dəfə baxılıb

 

İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.


Hava limanlarında növbəti bildirişə qədər uçuşların həyata keçirilməyəcəyi bildirilir.


Bundan başqa, paytaxt Tehranda yerləşən Mehrabad və İmam Xomeyni adına beynəlxalq hava limanlarında da reyslər ləğv edilib.


“Flightradar24” monitorinq resursu isə İran, İraq və Suriya səmasında uçuşların həyata keçirilmədiyini əks etdirən məlumat paylaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031