İran ABŞ bazalarını hədəf aldı

6-06-2026, 11:43 1 549 dəfə baxılıb

 

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi hədəflərə zərbələr endirməsindən sonra bölgədə yerləşən ABŞ hərbi bazalarına raket hücumları təşkil edildiyini açıqlayıb.


“Yenisirvanli.info.az”nın xəbərinə görə, ABŞ ordusunun Sirik və Qəşm adalarına hücumundan sonra cavab tədbirləri görüldüyü bildirilib.


“ABŞ ordusunun Sirik və Qəşm adalarına hücumundan sonra düşmənin bölgədəki bazaları Aerokosmik Qüvvələrimizin raketləri ilə hədəfə alınıb”, – deyə açıqlamada qeyd olunub.


SEPAH qarşıdurmanın gedişi ilə bağlı əlavə məlumat da yayıb. Bildirilib ki, yerli vaxtla saat 01:30 radələrində dörd neft tankeri icazəsiz şəkildə Hörmüz boğazından keçməyə cəhd edib. Məlumata görə, tankerlərdən biri hədəfə alınıb.


Qeyd olunub ki, yerli vaxtla saat 02:00-da ABŞ qüvvələri İranın Sirik və Qəşm adalarında yerləşən iki rabitə qülləsinə raket zərbələri endirib.


SEPAH bundan sonra ABŞ-nin Küveytdə yerləşən Əli əl-Salem aviabazasını və Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahını hədəfə aldığını bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930