Pezeşkianın istefa xəbəri yayıldı - İran hökuməti təkzib etdi

1-06-2026, 09:21 1 534 dəfə baxılıb

 

İran Prezidenti Məsud Pezeşkianın istefa vermək niyyətində olduğuna dair iddia yayılıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Böyük Britaniyada fəaliyyət göstərən “Iran International” telekanalı məlumat yayıb. 


İddialara görə, M.Pezeşkian öz postunu tərk etməsi ilə bağlı ölkənin Ali Lideri Müctəba Xameneiyə rəsmi müraciət ünvanlayıb. 


Bununla belə, İran rəhbərliyi telekanalın məlumatını təkzib edib. 


Belə ki, İran Prezidentinin Administrasiyasının Kommunikasiya bölməsinin rəhbəri mehdi Tabatabai həmin iddiaları yalan və şayiə adlandırıb.


İran hökumətinin mətbuat katibi Fatimə Mohecerani isə Nazirlər Kabinetinin hazırda öz işini əvvəlki kimi davam etdirdiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031