ÜST rəhbəri Konqoya getdi

31-05-2026, 17:17 1 526 dəfə baxılıb

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus Ebolanın ən təhlükəli ştamlarından birinin yayıldığı Konqo Demokratik Respublikasına (KDR) təcili səfər edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Sky News” telekanalı məlumat yayıb.


Məlumata görə, ÜST rəhbəri epidemiyadan ən çox zərər çəkmiş əyalətə yollanıb. Qebreyesus yerli sakinləri xəstəlik əlamətləri aşkar edildiyi təqdirdə dərhal tibbi yardıma müraciət etməyə və vəfat edən yaxınlarının dəfni zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.


Qeyd edək ki, son rəsmi statistikaya əsasən, KDR-də virusa yoluxma ilə bağlı 1028 şübhəli hal qeydə alınıb ki, onlardan 255-i artıq laboratoriya üsulu ilə təsdiqlənib. ÜST ümumilikdə 906 yoluxma faktını rəsmən qeydə alıb ki, bu hallardan da 223-ü ölümlə nəticələnib.


Xatırladaq ki, ÜST hələ mayın 17-də KDR və Uqandada yayılan bu Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli fövqəladə səhiyyə vəziyyəti elan etmişdi. Bundan əvvəl isə bölgədəki tibb mərkəzlərindən birinin yandırılması nəticəsində Ebola şübhəsi olan 18 xəstənin itkin düşdüyü bildirilirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930