“Sakit yuxu sona çatdı” - Rusiyadan sərt mesaj

29-05-2026, 18:57 1 501 dəfə baxılıb

 

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Avropa İttifaqına (Aİ) yönəlik sərt açıqlama verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Medvedev sosial şəbəkə hesabında bildirib ki, Aİ Rusiyaya qarşı “tək tərəfli müharibə” aparır və Avropa vətəndaşları buna hazır olmalıdır.


“Aİ ölkələrinin vətəndaşları başa düşməlidir ki, rəhbərlikləriniz Rusiya ilə tək tərəfli şəkildə müharibəyə girib. Buna görə heç nəyə təəccüblənməyin. Sakit yuxu sona çatdı. Amma bunun səbəbini kimdən soruşacağınızı bilirsiniz,” – deyə o qeyd edib.


Digər tərəfdən, Rumıniya Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya hücumları zamanı bir pilotsuz uçuş aparatının ölkənin hava məkanına daxil olaraq yaşayış binasına düşdüyünü və nəticədə 2 nəfərin yaralandığını açıqlayıb.


Rumıniya Prezidenti Nikusor Dan isə Rusiyanın Konstanta Baş Konsulunun “arzuolunmaz şəxs” elan edildiyini və şəhərdəki Rusiya konsulluğunun bağlanacağını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031