Həmin hücumdan sonra Rusiya ilə münasibətlərə yenidən baxacaqlar

29-05-2026, 11:46 1 477 dəfə baxılıb

 

Rumıniyanın şərqində yerləşən Qalats şəhərində yaşayış binasına PUA-nın çırpılmasından sonra Rumıniya Prezidenti Nikuşor Dan Rusiyaya qarşı sərt bəyanatlarla çıxış edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.


Agentlik yazır ki, dövlət başçısı Rusiya-Ukrayna münaqişəsinin Rumıniya vətəndaşlarının həyatına və təhlükəsizliyinə təsir etməsi ilə heç bir halda barışmayacaqlarını bəyan edib.


O, Xarici İşlər Nazirliyinə təcili olaraq Rusiya ilə münasibətlərə dair xüsusi tədbirlər planı hazırlamaq tapşırığı verdiyini vurğulayıb:


“Mən XİN-dən yaranmış bu çox ciddi vəziyyətə mütənasib olaraq Rusiya ilə əlaqələrimizə yönəlmiş addımlar sırasını dərhal təqdim etməsini istədim”.


Qeyd edək ki, hadisənin ardınca Rumıniyanın xarici işlər naziri Oana Tsoyu da bəyanat yayaraq, szöügedən qəzanın Rumıniyanın müttəfiqləri ilə hərbi məsləhətləşmələr aparmasını nəzərdə tutan NATO-nun 4-cü maddəsinin tətbiqinə tam əsas verdiyini bildirib.


Onu da bildirək ki, məsələyə Brüsseldən də kəskin reaksiya verilib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rumıniyadakı dron fəsadına toxunaraq, Rusiyanın bu addımla beynəlxalq aləmdə “daha bir qırmızı xətti keçdiyini” xüsusi vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031