Marsa gedə bilməyən raket start meydançasında partladı - Anbaan görüntülər

29-05-2026, 09:39 1 474 dəfə baxılıb

 

Milyarder Ceff Bezosun sahibi olduğu “Blue Origin” şirkətinə məxsus “New Glenn” yükdaşıma raketi Florida ştatındakı start meydançasında keçirilən sınaqlar zamanı partlayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə məlumat “NASA Spaceflight” portalının canlı yayımı zamanı ortaya çıxıb.


Yayımlanan videogörüntülərdə raketin alt hissəsində qəfildən parlaq alov qığılcımının yarandığı, ardınca isə güclü partlayışın baş verdiyi aydın şəkildə əks olunub. “Blue Origin” şirkəti rəsmi “X” sosial şəbəkə hesabında sınaqlar zamanı nasazlıq yaşandığını təsdiqləyib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilmir.


Xatırladaq ki, ötən ilin noyabrında “Blue Origin” şirkəti “New Glenn” raketinin Marsa planlaşdırılan tarixi uçuşunu son anda ləğv etmişdi. Sözügedən raket ABŞ Aeronavtika və Kosmik Fəza Agentliyinin (NASA) “Escapade” proqramı çərçivəsində Qırmızı planetə iki kosmik aparat daşımalı idi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031